Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2014

İşğalçı İsraillə-HƏMAS razılığı - 11 maddə

İsrail ilə "HƏMAS" arasında müharibənin başa çatmasının şərtləri ilə bağlı Misirin "A-Shorooq" qəzeti xəbər yayıb. Layihə formasında olan müqaviləyə 11 əsas maddə daxildir. Müqavilənin gələn həftənin əvvəlində imzalanması gözlənilir.

Müqaviləyə görə İsrail dənizdə, yerdə və havada Qəzzaya qarşı apardığı savaşı dayandırır. Qəzzaya piyada qoşunların yeridilməyəcəyi də öhdəliklər arasındadır. Müvafiq olaraq "HƏMAS" da İsrailə qarşı bütün hücumları dayandırır. Tunellərin tikintisi dondurulur.

İsraildən Qəzzaya gedən yolun üzərindəki Buraxılış Məntəqəsi yenidən açılır. Qərb Sahilindən Qəzzaya müxtəlif malların daşınması, insanların rahat keçidi təmin olunur. Qəzzanın bərpa olunması da İsrail ilə Fələstin muxtariyyatı arasında razılaşdırılacaq.

Qəzza ilə İsrail arasında olan bufer zonanın gələn ilin ilk günü aradan qaldırılması da müqavilədə öz əksini tapıb.

Qəzzanın balıqçılıqla bağlı zonası 6 km.-dən 12 km.-ə qədər uzadılacaq. İsrailin yaralı fələstinlilərə yardım göstərməsi də nəzərdə tutulub.

Misir Qəzzanın bərpası üçün Beynəlxalq ictimaiyyətə müraciət edəcək.

İsrail ilə "HƏMAS" arasındakı atəşkəs 1 ay davam etdikdən sonra tərəflər yenidən Qahirədə bir araya gələcəklər. Bu dəfə ölmüş İsrail əsgərlərinin cəsədlərinin İsraildə həbsdə saxlanılan fələstinlilərlə dəyişdirilməsi məsələsi gündəliyə çıxarılacaq.

Qəzzada dəniz limanı və hava limanının tikintisi məsələsi yenidən nəzərdən keçiriləcək. Bu məsələlər hələ Osloda imzalanmış müqavilədə öz əksin tapmışdı.

Maraqlıdır ki, Misir qəzetinin yaydığı bu məlumata nə İsrail, nə də Fələstin tərəfi heç bir reaksiya verməyib.
1034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber