Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2014

PKK Türkiyədə yürüş keçirmək istədi

Türkiyənin Qaziantep şəhərində PKK tərəfdarı olan qrupla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Qrup PKK-nın keçirdiyi ilk silahlı etiraz aksiyasının 30-cu ildönümü münasibətilə yürüş keçirmək istəyib.

Təhlükəsizlik qüvvələri isə buna imkan vermədikdə gərginlik yaranıb. Polis ona daş və dəyənəklə hücum edən PKK tərəfdarlarına qarşı gözyaşardıcı qazla müdaxilə edib.

Bu arada, Qaziantepdə artıq 5-ci gününə qədəm qoyan Suriya gərginliyi davam edir. Şəhərin bəzi nöqtələrində vaxtaşırı suriyalılara məxsus mülkiyyətə ziyan vurulur. Dünən Suriya nömrəli iki avtomobil yararsız hala salınıb. Son günlər Qaziantepdə suriyalılara qarşı zorakılıq hallarının baş verməsinə bir həftə əvvəl suriyalı kirayənişinin öz ev sahibini qətlə yetirməsi təkan verib./ans/
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:52