Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2014

“Qozbeli qəbir düzəldər...”

Aqil Səmədbəyli: “Onların xalqa baxışı nə dünən, nə bu gün dəyişməyib”


Avqustun ilk günlərində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edən zaman yaralanan hərbçilərimizin bunca müddət ərzində ölkə rəsmiləri tərəfindən ziyarət edilməməsi təəccüb və təəssüf hissi oyatmaqdadır. Xalqın və vətənin təhlükəsizliyini həyatı bahasına qoruyan insanlara ölkənin məmur elitası tərəfindən göstərilən bu münasibət əksər siyasilər, hərbi ekspertlər tərəfindən rəsmilərin orduya bəslədiyi ögey münasibətlə izah olunmaqdadır.
Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli isə məmurlarımızın yaralı əsgərlərimizə baş çəkməməsində təəccüblü heç nəyin olmadığını vurğuladı. A.Səmədbəylinin sözlərinə görə, bu, məmurların ümumilikdə xalqa olan baxışının göstəricisidir, hansı ki, bu baxış illər ötsə də dəyişmiş deyil:
“Azərbaycan rəsmilərinin yaralı əsgərlərimizi ziyarət etməməsi heç də təəccüblü deyil. Onların xalqa baxışı heç dəyişmədi. Bu vaxtdan sonra da dəyişməyəcək. Necə deyərlər, qozbeli qəbir düzəldər”.
1263 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...