Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2014

Rayonun 109 yaşayış məntəqəsindən 83-də qaz yoxdur

Milli Qəhrəmanlar yetişdirən Şınıx mahalının Mor-Mor, Arabaçı, Zamanlı və digər kəndlərinin sakinləri təbii qazın nə olduğunu hələ də bilmirlər. Halbuki, Azərbaycan öz təbii qaz layihələri ilə dünyaya səs salıb. Amma nədənsə bu səs mahalın yerləşdiyi Gədəbəy rayonuna gedib çatmayıb. Rayonun 109 yaşayış məntəqəsindən 83-də qaz yoxdur.

Qazla bağlı problem təkcə Şınıxda özünü göstərmir, ölkə üzrə təxminən 2000 kəndə qaz çəkilmədiyin ehtimal etmək mümkündür. Bunun üçün statistikaya müraciət etmək yetərlidir. Statistikaya görə, Azərbaycanda 2 milyon ailə təsərrüfatı var ki, bunun yalnız 1,4 milyonu qaz abunəçisidir.Yəni 600 min evdə qaz yoxdur. Orta hesabla bir kənddə 300 ev olduğu götürülsə, bu, 2 min kən edər. Realıqda isə kəndlər daha balacadır və mavi yanacaq tanımayan kəndlərin sayı daha çoxdur.

Kəndlərin qazsız olması, ən birinci şəhərə köçü gücləndirir. Çünki adamlar evlərini qızdırmaq üçün odun tədarük etməlidirlər. Bu da ki, çox çətin məsələdir. Regionda qış vaxtı odunun maşını 250 manata qalxır. Bir evi qışda qızdırmaq, yemək bişirmək üçün müvsümdə ən azı 2 maşın odun almaq lazımdır ki, bu da 500 manat edir. Kənd ailələri üçün bu yetərincə yüksək puldur. Bu odunu almağa imkanı olan ailələr də əziyyətdən şəhərə köçürlər. Gədəbəyin Mor-Mor kənd sakini, dünyagörmüş Əsli nənə bildirir ki, indiki cavanlar soba qalamağın dərdindən şəhərə qaçırlar: “Qaz gəlməsə, cavanları bu kəndlərdə saxlamaq çətin olacaq”.

Həm də evlərin odunla qızdırılması meşələrin qırılmasına səbəb olur. Ekoloq Telman Zeynalovun sözlərinə görə, meşələrin qırılması bir çox fəsadlara yol açır. Yəni oksigen azalır, meşələrdə nəmişlik məhv olur, ilbəil quraqlıq artır. Bu da kənd təsərrüfatına ciddi zərər vurur. Çünki meşələr həm də kəndlərin su ehtiyatını saxlayır. Ekoloqun sözlərinə görə, son bir neçə ildə meşələrin qırılması ilə əlaqədar çaylarda və bulaqlarda suyun həcmində ciddi azalma müşahidə olunur. Bir zamanlar su dəyirmanları olan yerlərə su artıq getmir. Beləliklə, kənd və qəsəbələrdə içməli su problemləri yaranır./ans/
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı