Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2014

"İŞİD sionistlərin layihəsidi" deyən şəxs işdən qovuldu

Hollandiyanın Təhlükəsizlik və Ədliyyə Nazirliyində işləyən Jasmin Haifinin İŞİD terror dəstəsi haqqında Tvitterdə yazdığı mesaj işdən qovulmasına səbəb olub.
Hollandiyanın Təhlükəsizlik və Ədliyyə Nazirliyində işləyən Jasmin Haifinin İŞİD terror dəstəsi haqqında Tvitterdə yazdığı mesaj işdən qovulmasına səbəb olub. Millət vəkilləri Haifinin ümumiyyətlə bundan sonra da dövlət işlərində çalışmamasını istəyirlər.
Ədliyyə Nazirliyinin nəzdindəki Siber Beynəlxalq Təhlükəsizlik Mərkəzində layihə lideri olaraq işləyən Haifi paylaşdığı statusda İŞİD-in İslamla heç bir əlaqəsi olmadığını, sadəcə bu dini qaralamaq məqsədiylə sionistlər tərəfindən planlaşdırılmış bir qruplaşma olduğunu qeyd etmişdi.
Haifinin bu mesajı sərt reaksiyalara səbəb olub. Bundan sonra Təhlükəsizlik və Ədliyyə nazirliyi ilə ortaq layihəyə malik NCTV adlı qurum Haifinin işdən qovub.
Jasmin Haifi isə ifadə azadlığından istifadə etdiyini söyləyib: «Belə çıxır ki, bunun üçün əvəz ödəməliymişəm. Halbuki, bu, mənim şəxsi düşüncələrimdir.»
Haifi həmçinin Hollandiya radiosuna verdiyi müsahibədə «İŞİD-in sionist İsrail dövləti ilə aralarında bir bağlantı olduğunu göstərən çoxlu sayda dəlillər var. Yazdığım tvit də bununla əlaqədardır», deyə bildirib.
Nazirlik Haifinin bundan sonra vəzifəsinə davam edib etməyəcəyi barədə hələ ki, bir açıqlama verməyib./FaktXəbər/
1190 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber