Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

Ələkrəm Hümbətova “Cənab prezident“ dedilər

“Talışların beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi sahəsində qazanılan uğurlar Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl siyasətlə ayrılmaz şəkildə bağlıdır”

Özünü Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin vitse-prezidenti kimi təqdim edən Ədalət Abdinov qondarma Talış-Muğan Respublikasının “prezidenti” Ələkrəm Hümbətovu ad günü münasibətilə təbrik edib.

Teleqraf.com-a istinadən təbriki olduğu kimi təqdim edir: "Çox hörmətli Ələkrəm Hümbətzodə! Doğum gününüz münasibətilə ürəkdən gələn səmimi təbriklərimi qəbul edin! Sizə ən xoş arzularımı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr arzulayıram. Qədim Talış xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləməklə, bərəkətli torpağımıza sülh, əmin-amanlıq və firavanlıq diləyirəm. Talışların beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi sahəsində qazanılan uğurlar Sizin adınızla, Sizin rəhbərliyiniz altında həyata keçirilən ardıcıl siyasətlə ayrılmaz şəkildə bağlıdır. Avropa ölkələrində, həmçinin Ermənistanda sülh naminə keçirdiyiniz mühüm görüşlər, mehribanlıq, etimad və qarşılıqlı anlaşma şəraitində apardığınız danışıqlar xüsusi səmimiyyət və minnətdarlıqla xatırlanır. Əminəm ki, əldə edilmiş sülh, dinc yanaşı yaşamaq xarakterli razılaşmalar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə öz müsbət bəhrəsini verəcəkdir. Həm də Avropada ictimai-siyasi fəaliyyətiniz Talış – dünya xalqları münasibətlərinin bundan sonra da hərtərəfli dərinləşməsinə və möhkəmlənməsinə şərait yaradacaqdır. Bir daha bu xoş fürsətdən istifadə edərək Sizə səadət, Talış xalqı naminə bütün təşəbbüslərinizdə, niyyət və istəklərinizdə uğurlar diləyirəm!

Hörmətlə,

Ədalət Abdinov

Kazaxstan Respublikası, Astana şəhəri.

28 oktyabr 2013-cü il".

Ə.Abdinovun facebook səhifəsinə nəzər saldıqda onun Əbülfəz Elçibəylə düşmən olduğu görünür.
1974 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42