Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2014

ABŞ-da fövqəladə hal elan edildi

ABŞ-da Missuri ştatının Ferquson şəhərində Maykl Braun adlı 18 yaşlı afroamerikalı gəncin silahsız olduğu halda polis tərəfindən vurulmasının ardından başlayan və önü alına bilməyən tədbirlər səbəbiylə fövqəladə hal elan edilib.

Missuri qubernatoru Cay Nikson ştat səviyyəsində yerli saatla gecə 12 ilə səhər 05:00 arası küçəyə çıxmamaq barədə xəbərdarlıq edib. Nikson "Bir ovuc quldurun xalqın təhlükəsizliyini təhlükəyə atmasına icazə verməyəcəklərini" söyləyib. Ədalətin bərpa olunması üçün sakitliyin təmin edilməsinin lazım olduğunu söyləyən Nikson "Bu xalqın səsini kəsmək üçün edilmir. Hərəkətləriylə insanların səsini boğanlara qarşı edilir " deyə qərara aydınlıq gətirməyə çalışıb.

Qubernator mətbuata müsahibə verərkən belə, ətrafdan etiraz şüarları gəlib. Onlar Niksona "Braunu vuran polis məmurunun mühakimə olunması lazımdır" deyə səslənib.

Hadisələrin başlamasının ardından qəsəbəyə təyin olunan yeni afroamerikalı polis müdiri Ronald Conson da, küçəyə çıxma niyyətində olanları xəbərdar edib. Conson "Daha əvvəlki nümayişlərdə sülhsevər bir aktivist, yoxsa bir qiyamçı olduğunuz vecimə deyil. Küçəyə çıxma qadağası tətbiq olunacaq. Bunu qaz bombalarıyla etməyəcəyik. Sizinlə ünsiyyət quraraq evə getmə vaxtının gəldiyini söyləyəcəyik"- deyə fövqəladə hal situasiyasını təsdiq edib.

Qeyd edək ki, hadisədən sonra etirazlar əsnasında polislə vətəndaşlar arasında toqquşmalar baş verib. ABŞ prezidenti Barak Obama hadisələrlə bağlı Missuri xalqına səbrli omağı, araşdırmaların sonun gözləməyi xahiş edib.

Vurulduğunda qara dərili Mayk Braunun əllərinin havada olduğunu iddia edən nümayişçilər, polisə eyni şəkildə etiraz edirlər./ans/
1022 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...