Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2014

Türkiyədə İŞİD-ə qarşı etiraz aksiyası keçirilib

Türkiyədə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı aksiya keçirilib.

Demokratik Azad Qadın Hərəkatı üzvləri Şanlıurfada toplaşaraq İŞİD-in Suriya və İraqda törətdiyi qırğınlara etiraz ediblər. Əksəriyyəti qadınlar olan aksiyada plakatlar çıxarılıb və İŞİD əleyhinə şüarlar səslənib.

Aksiyaçılar İraqda yezidi kürdlərə qarşı soyqırım törədilməsini kəskin pisləyib. Etirazçılar yezidi kürdləri müdafiə edərək onları qorumaq lazım olduğunu bildiriblər.

Etiraza yüzlərlə insan qatılıb. Dinc aksiya bir müddətdən sonra dağılıb.

Qeyd edək ki, İŞİD İraqda kütləvi qırğın törədərək dünya ictimaiətinin diqqətini çəkib. Bir çox ölkələrdə terror təşkilatının əməlləri kəskin reaksiyalara səbəb olub.
1170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber