Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

Rusiya dövlət bayraqları yandırıldı

Gürcüstanın Poti şəhərində Rusiya dövlət bayraqları yandırılıb

Gürcüstanın Poti şəhərində Rusiya dövlət bayraqları yandırılıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, bununla da yerli sakinlər sosial şəbəkələrdə şəhərin mərkəzində Rusiya bayrağının asılmasına qarşı etiraz aksiyasına dəstək veriblər.

Qeyd edək ki, Rusiya bayraqları “Fazisoba 2013” beynəlxalq musiqi festivalı iştirakçısı olan ölkələrin bayraqları ilə yanaşı asılıb. Poti meri David Sarsaniya isə Rusiyanın festivala ümumiyyətlə dəvət olunmadığını bəyan edib. O bildirib ki, Rusiya bayraqlarının yandırıldığı haqda məlumat alan kimi şəhərin müxtəlif yerlərində asılmış digər ölkələrin bayraqlarının endirilməsinə dair göstəriş verib.
1929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber