Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

İran Sərhəd Qoşunlarının Komandanı Azərbaycanda səfərdə olub

Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyət müzakirə olunub

İran İslam Respublikası Sərhəd Qoşunlarının Azərbaycanda səfərdə olan komandanı, general-mayor Qasım Rzai Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevlə görüşüb.

DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Hər iki qurum arasında əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunub.

Müzakirələrdə qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilib, dövlət sərhədindən qaçaqmalçılığa, transsərhəd­ cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyətlərin qarşısıın alınması üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Q. Rzai Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə avqustun 16-18-də Azərbaycanda səfərdə olub./apa/
1055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:10