Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

Qəzzada dәri xəstәliklәri yayılıb

İsrailin Qəzzaya istiqamətli hücumları səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilər arasında dəri xəstəlikləri yayılıb.

Fələstin səhiyyə naziri Cavad Avadın bildirib ki, sәhhiyә әmәkdaşları, BMT-nın Fələstinli Mühacirlərə Kömək Agentliyi (UNRWA) düşәrgәlәrdә qalan və sayları 400 minә çatan fələstinlilərin bəzilərində, başda "qotur" olmaqla müxtəlif dəri xəstəlikləri müşahidә olunuduğunu aşkar ediblәr.

Düşәrgәlәrdә su və təmizlik vəsaitinin qәnaәtbәxş olmadığını bildirən Avad, bәzi qaçqınların vərəm xəstəliyinə dә düçar olduqlarını vurğulayıb.

İsrailin xәstәxana vә klinikalara hücumları sәbәbi ilә Qəzzadakı peyvənd və sağlamlıq sisteminә böyük nisbәtdә zәrәr dәydiyinә diqqət çəkən Avad, nazirlik olaraq bir sıra ölkə və beynəlxalq təşkilatların dəstəyindәn savayı, Qәzzaya onlarla yük maşını tibbi vәsait vә dәrman göndәrildiyini qeyd edib.

Qeyd edək ki, İsrail illərdir ağır sanksiyalar tәtbiq etdiyi Qəzzaya iyulun 7-də havadan və dənizdən, iyulun 17-də isə qurudan hücum tәşkil edib. Əldә edilәn mәlumatlara görә, hücumlarda 1980 nәfәr dünyasını dəyişib, 10196 nәfәr isә yaralanıb./ans/
1051 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber