Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

Məscidə mərmi düşdü

Donetskdə atılan top mərmisi İstanbul Əhəd məscidinə düşüb.

Donetsk Beynəlxalq Hava limanı yaxınlığında yerləşən və 1999-cu ildə ibadət üçün açılan məscidə ziyan dəyib. Belə ki, vəziyyətin gərgin oduğu ərazidə atılan top mərmilərindən biri məscidin qübbəsini deşərək içəridə partlayıb.

Hadisə zamanı məscidə ziyan dəysə də xoşbəxtlikdən ölən və ya xəsarət alan olmayıb. Bu ilin iyun ayından etibarən şəhərdəki vəziyyətlə əlaqədar olaraq, bağlı saxlanılan İstanbul Əhəd məscidi SSRİ dağıldıqdan sonra Donetskdə tikilən ilk məsciddir.

Məscid, tatar əsilli biznesmen Əhəd Braqin tərəfindən inşa etdirilib və 1995-ci ildə onun ölümündən sonra, məscidə xeyirsevər biznesmenin adı verilib.
963 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:54