Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

İspaniyada daha bir Ebola virusu daşıyıcısı aşkarlanıb.

Alikante şəhərində saxlanılan şəxs nigeriyalıdır. O, bir neçə gün əvvəl İspaniyaya mühacirət etdiyini deyib. Hazırda şəxs karantin nəzarətinə götürülüb. Bir müddət əvvəl Qərbi Afrikada xəstələrin müalicəsinə kömək edən ispaniyalı rahib də bu xəstəlikdən ölmüşdü.

Xatırladaq ki, öldürücü gücə malik Ebola virusu ilk olaraq 2014 ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionesdə aşkarlanmışdır. Xəstələr arasında ölüm göstəricisi təxminən 90% təşkil edir ki, bunun da yoluxma yolları müxtəlifdir. Virusun insan oprqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelər ilə sıx təmas nəticəsində habelə, insandan insana yoluxma ilə baş verir.
1097 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01