Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

İlin ən yaxşı futbolçuları kimlərdir?

UEFA Avropada “İlin ən yaxşı futbolçusu” mükafatı üçün Neuer, Robben və Ronaldonun namizədliyini irəli sürülüb.

“UEFA”nın rəsmi internet saytında 54 ölkədən jurnalistlərin qatıldığı ikinci tur səsvermǝdən sonra Avropada ilin futbolçusu mükafatı üçün namizədlərin sayının 3-ə qədər düşdüyü bildirilir. Bunlar, “Bayern Münhen”dən Manuel Neuer və Aryen Roben, “Real Madrid”dən isə Kriştiano Ronaldodur.

Jurnalistlərdən ibarət münsiflər heyətinin avqustun 28-də UEFA Çempionlar Liqası qrup püşkatmasında keçiriləcək səsverməsindən sonra Avropada 2013-2014 mövsümünün ən yaxşı futbolçusu bəlli olacaq.

Bu mövsümdə 4 dəfə veriləcək mükafata daha əvvəl “Barselona”nın futbolçuları, Argentinalı Lionel Messi və ispaniyalı Andres İniesta, son olaraq da “Bayern Münhen”dən fransalı futbolçu Frank Riberi layiq görülmüşdü.
1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP