Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

Suriya ordusu Hələbin şimalında irəliləməyə davam edir

Suriya Silahlı Qüvvələri Hələb əyalətinin şimalında yerləşən əl-Kəndi xəstəxanasını terrorçulardan azad edib

Strateji əhəmiyyətli hospital binası terrorçulardan təmizlənib.

İnterAz “Farsnews”-a istinadən bildirir ki, Suriya Silahlı Qüvvələri Hələb əyalətinin şimalında yerləşən əl-Kəndi xəstəxanasını terrorçulardan azad edib. Hospitalda nəzarəti ələ alan ordu qüvvələri terrorçuları təqib edərək Həndərat kəndinə doğru istiqamət alıb.

Bildirək ki, Həndərat kəndində terrorçu qüvvələrə məxsus böyük hərbi düşərgə yerləşir. Suriya hərbi mənbələri bildiriblər ki, Həndərat kəndinin azad edilməsi ordu üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin məntəqənin azad edilməsindən sonra ordu qüvvələri strateji əhəmiyyətli Şeyx Nəccar sənaye rayonuna hərəkət edəcəklər.

Qeyd edək ki, cümə axşamı günü Suriya ordusu Hələbin Heydəriyyə, Fafin, əl-Mənaşir, əl-Sfeyranın şərq tərəfi, Balat, Abla, Xənasir, Kəfar Kar, Səlahəddin, əl-Əmiriyyə, əl-Bab, Tadif və Tiba məntəqələri ərazisində terrorçu qruplara qarşı effektiv mübarizə apararaq xeyli sayda təkfirçi silahlını zərərsizləşdirib.
936 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11