Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

Türkiyənin Rusiyadakı səfirliyi atəşə tutulub

Moskvada bir kişi ov tüfəngindən Türkiyə səfirliyinin binasını atəşə tutub.

İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildirilib.

Adı açıqlanmayan şəxs qoşalülə tüfənglə səfirliyin binasına atəş açandan sonra səfirliyin mühafizəçiləri onu saxlayıblar.

İnsident nəticəsində kimsənin xəsarət almadığı qeyd olunur.

Saxlanılan şəxs Moskvanın hüquq-mühafizə orqanlarına təhvil verilib./apa/
1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP