Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

ABŞ-ın Ferqyüson şəhərində etirazlar davam edir

Polis kütləni dağıtmaqçün gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə edib

ABŞ-ın Missuri ştatının Ferqyüson şəhərində polislə etirazçılar arasında toqquşmalar davam edir. Nümayişçilər ötən həftə polis tərəfindən qətlə yetirilmiş qaradərili gənc, Maykl Braunun qatillərinin cəzalandırılmasını tələb edirlər.

BBC-nin verdiyi məlumata görə, polis kütləni dağıtmaqçün gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə edib.

Etiraz aksiyalarının qarşısının alınması məqsədi ilə hökumət tərəfindən şəhərdə artıq 2 gündür ki kommendant saatı elan edildiyindən, küçələrdə polis patrulları fasiləsiz olaraq hərəkət edir.
1036 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:28
<