Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

“Sevil” mülkiyyətçilərindən 20 nəfəri saxlanıldı

“Sevil MMC”-nin rəhbərlərinin həbsindən sonra yaranmış qeyri-müəyyən vəziyyətə etiraz edən mülkiyyətçilər bu gün səhər saatlarında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qarşısında yenidən aksiya keçiriblər.

Mülkiyyətçilər “Sevil” massivində aldıqları torpaq sahəsi və ya mənzillərin pullarının ödənilməsini tələb ediblər.

Polisin aksiyaya müdaxiləsindən sonra 20-yə yaxın mülkiyyətçi Binəqədi rayon Polis İdarəsinə aparılıb. Aksiyaçıların İnterpress.az-a verdiyi məlumata görə, polis idarəsinə aparılmalarının səbəbi ifadələrinin alınacağı ilə əsaslandırılıb. Mövzunu diqqətdə saxlayacağıq.
1076 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 2