Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

Abutalıbov Yasamal qəbiristanlığını köçürür - Foto

Bakının qədim Yasamal qəbiristanlığının köçürülməsi planı yenidən aktuallaşıb.

Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında məsləhətləşmələr aparılıb.

Müzakirələrin yekununda yekdil qərar qəbul edilməsə də, məzarlığın köçürülməsi planını reallaşdırılması istiqamətində müəyyən nəticələrə gəlinib.

Bu layihə sayəsində Badamdar şosesindən Parlament prospekti ilə Mikayıl Müşfiq küçələrinin kəsişməsinə qədər olan yolun hərəkət hissəsində yaranan tıxaclara son qoyula bilər.

Hazırda rəsmilər arasında müzakirələr aparılır və məzarlığın bütövlükdə köçürülməsi məqsədəuyğun sayılmır. Məlumata görə, Badamdar dairəsi ilə A.Şərifzadə küçəsini (“Azərbaycan” nəşriyyatının binasının arxası) birləşdirən birtərəfli yolun genişləndirilməsi üçün məzarlığın yarısının köçürülməsi müzakirədədir. Qərar qəbul edildikdən sonra Nazirlər Kabinetinə və Nəqliyyat Nazirliyinə layihə şəklində təqdim olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl BŞİH və Yasamal RİH rəsmiləri bu planın olduğunu təsdiqləyiblər. Amma qəbiristanlığın nə zaman və hara köçürüləcəyi açıqlanmayıb./axar/


1007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:41