Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

ABŞ-ın qiyamçı şəhərinə qoşun yeridildi

ABŞ-ın Missuri ştatının qubernatoru Cey Nikson bazar ertəsinə keçən gecə Milli Qvaqrdiya bölmələrinin Ferqyuson şəhərinə yeridilməsi barədə əmr imzalayıb.

Qubernatorun həmin əmrinin mətni Missuri ştatı administrasiyasının rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, avqustun 10-da Ferqyuson şəhərinin polisləri 18 yaşlı qaradərili gənc Maykl Braunu güllələyərək qətlə yetirəndən sonra bu şəhərdə çaxnaşmalar başlayıb. İğtişaşlar hələ də səngimir. Polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

Polis etirazçı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllə tətbiq edib. Nəticədə onlarla adam yaralanıb. Bundan əvvəl qubernator C.Nikson şəhərdə fövqəladə vəziyyət elan edərək komendant saatı tətbiq olunması barədə əmr imzalamışdı.
950 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP