Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

"Vikiliks" rəhbəri polisə təslim olmağa qərar verdi

Bir neçə il əvvəl ictimaiyyətə ötürdüyü gizli məlumatlarla dünya siyasətini şoka salan “Vikiliks”in rəhbəri Culian Assanc maraqlı addım atmaq qərarına gəlib.

Hazırda həbs olunmamaq üçün Ekvadorun Londondakı səfirliyində gizlənən Assanc könüllü təslim olmaq niyyətindədir.

Assanc yaxın saatlar ərzində mətbuat konfransı keçirərək, bununla bağlı məlumat verəcək.

Qeyd edək ki, Culian Assanc 2012-ci ilin iyunun 19-dan Ekvadorun London səfirliyində qalır. İsveç hökuməti təcavüzdə ittiham edərək, Assanc haqqında həbs-qətimkan qərarı çıxarıb.
1221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10