Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

İki aylıq körpəsi oğurlanan ailə ictimaiyyətə müraciət etdi

Körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə pul mükafatı vəd olunur

Azərbaycanda iki aylıq körpəsi oğurlanan ailə ictimaiyyətə müraciət edib. Sumqayıt şəhər Polis İdarəsindənAPA-ya verilən xəbərə görə, uşağın valideynləri körpəni oğurlayan qadın haqqında məlumatı olan və bu barədə polisə məlumat verən şəxslərə yüksək məbləğdə pul mükafatı vəd ediblər.

Uşağı və ya qadını görənlərdən Sumqayıt şəhər Polis İdarəsinin (018) 654-02-02 və ya (070) 510-22-50 nömrələrinə məlumat vermələri xahiş olunur.

Məlumat verən şəxsin anonimliyi qorunacaq.

Polisdən həmçinin oğurlanan körpənin fotosunu da apa-ya təqdim ediblər.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb



1476 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP