Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

Jirinovski iqtidarsız olduğunu deyib

“Rus marşı” çərçivəsində çıxışı zamanı o, Kondopoqa və Biryulevo hadisələrindən danışıb

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski keçən gün keçirilən “Rus marşı” çərçivəsində Moskvanın Puşkin meydanında mitinq keçirib.Moderator.az Rusiya mətbuatına istinadən bildirir ki, çıxışı zamanı o, Kondopoqa və Biryulevo hadisələrindən danışıb.

LDPR lideri cənublu miqrantları hər şeyi ələ keçirməkdə, dövləti isə səssiz qalmaqda ittiham edib: “Dostlarımız cənubdan gəldilər və hər şeyi - mağazaları, klublar, diskotekalar, barları əllərinə götürdülər. Adamları aldadırlar, döyürlər, öldürürlər. Milis heç nə etmir, hakimiyyət heç nə etmir, hər şeyi satın alıblar”.

Bundan sonra Vladimir Jirinovski öz siyasi iqtidarsızlığından bəhs edib.
2118 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber