Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2014

Ukrayna qaçqınlarına hücum olub - ölənlər var

Ukraynanın Luqansk vilayətində qaçqınları aparan avtomobil karvanı atəşə tutulub.

İnsident Krasnodar rayonunda baş verib. Ukrayna güc strukturlarının məlumatına görə, hücum nəticəsində xeyli insan ölüb. Ölənlərin sayı hələ dəqiqləşdirilməyib, lakin avtomobil karvanında gedənlərin hamısının öldüyü ehtimal edilir.

Onların əksəriyyəti açılan atəşin səbəb olduğu yanğın nəticəsində diri-diri yanıb.

Karvana hücumun kimin tərəfindən edildiyi araşdırılır.
1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber