Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Dərin və tam yuxu hər bir insan üçün olduqca vacibdir

Yaxşıca yatmağa kömək edəcək ən sadə qaydalar əməl etməklə sağlığınızın qayğısına qala bilərsiniz.

Dərin və tam yuxu hər bir insan üçün olduqca vacibdir – onsuz damcı-damcı yığılan yorğunluq orqanizmin normal fəaliyyətinə mane olar. Bunun səbəbləri çoxdur.

Axar.az Amerika alimlərinə istinadən bildirir ki, istirahət zamanı beyin yığılmış zərərli toksinlərdən təmizlənir. Roçester Universitetinin alimlərinin fikrincə, zərərli birləşmələrdən təmizlənmə o qədər enerji sərf edən bir prosesdir ki, ayıq olanda sadəcə, gerçəkləşə bilmir. Əgər bu, mümkün olsaydı, təfəkkür fəliyyətinə mane olardı.

Yaxşıca yatıb yuxudan doymaq üçün bir neçə sadə qaydaya riayət etmək lazımdır.

1. Həmişə, hətta istirahət günləri də eyni vaxtda yatıb-qalxın.
2. Kofeini az qəbul edin.
3. Çarpayıya uzanmazdaan əvvəl televizor və kompyuteri söndürün.
4. Boş mədəylə yatağa uzanmayın. Son qida qəbulu yatmazdan 3-4 saat əvvəl olmalıdır.
5. Yeyən kimi yatağa uzanmayın.
6. Müntəzəm olaraq idmanla məşğul olun.
7. Yatarkən işığı söndürün və maksimum sakitliyi təmin edin.
8. Çalışın yatağınız rahat olsun.
1153 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55