Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Milli Məclisdə boş qalan yerlər

Gülər Əhmədova, Əli Əhmədov, Mübariz Qurbanlını əvəz edən yoxdur

Gələn il Azərbaycanda parlament seçkisi keçiriləcək. Amma hazırkı Milli Məclisdə boş qalan deputat yerlərinə hələ də seçkilər keçirilməyib.

Müxtəlif səbəblərdən boşalan deputat yerlərinə görəsən, nədən seçki keçirilmir? Vəzifə verilən Mübariz Qurbanlı, Əli Əhmədov, mandatından imtina edən Gülər Əhmədovanın deputat yerləri nə vaxtadək boş qalacaq?

Müsavat başqanının müavini Gülağa Aslanlı deyir ki, əslində, bu məsələ qanuna uyğun şəkildə çoxdan həllini tapmalıydı. Seçki Məcəlləsinə görə, deputat yerləri ən azı iki ay boş qalırsa, Seçki Komissiyası müvafiq qərar verməlidir. Qərara əsasən də seçki günü elan edilməli və namizədlərin qeydə alınması, sənədlər verilməsi və digər prosedura əməl olunmalıdır: “Bu işin yubanması onunla bağlıdır ki, MSK qanunlarla deyil, hansısa əmrlərlə hərəkət edir. MSK müstəqil qərar verə bilmir”.
1010 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı