Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Ermənistanda müxalifətlə iqtidar cəbhə xəttinə birgə gedib

Bəs Azərbaycanda?..

Bugünlərdə Ermənistanda müxalifətinin bir neçə təmsilçisi ölkənin müdafiə naziri və parlament sədri ilə birlikdə təmas xəttinə səfər edərək, erməni hərbçilərinin vəziyyətilə tanış olub. Maraqlıdır, Ermənistan müxalifəti və iqtidarının ortaya qoyduğu bu həmrəylik Azərbaycanda niyə müşahidə edilmir?

“Moderator.az”a bu mövzuda açıqlama verən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycanda oxşar həmrəyliyin olmamasına görə ölkə iqtidarını ittiham edib. O, qeyd edib ki, müxalifət hər zaman milli məsələlərdə, xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərilə bağlı məsələlərdə ümummilli maraqlar mövqeyindən çıxış edib.

“Müxalifət dəfələrlə bəyan edib ki, hətta ehtiyac yaranarsa, siyasi fəaliyyətini dondurub bütün diqqət və gücü cəbhə xəttinə verməyə hazırdır. Təəssüflər olsun ki, Azərbaycanda hakimiyyət müxalifətə milli gücün bir parçası kimi deyil, düşmən kimi baxır. Azərbaycan hakimiyyətində milli-siyasi şüur geridədir. Bu səbəbdən milli məsələlərdə belə lazımi həmrəylik müşahidə edilmir”, - deyə Sülhəddin Əkbər bildirib.

Tanınmış ziyalı, kinorejissor Eldəniz Quliyev “Azadlıq”a açıqlamasında bildirib ki, Azərbaycanda digər ölkələrdən fərqli olaraq, hətta taleyüklü məsələlərdə də iqtidar-müxalifət bir yerdə deyil. Onun sözlərinə görə, deklorativ olaraq, bu şəkildə bəyan edilsə də, reallıq fərqlidir: “Mən buna yalnız təəssüf edə bilərəm. Qarabağ hamımızın ağrısıdır, bu məsələdə iqtidar, müxalifət olmamalıdır. Bu məsələlərdə torpaq, şəhidlərin ruhu var ki, biz onun qarşısında borcluyuq”.
1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber