Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

“Sovetski”də söküntü işləri sürətlənib

Murtuza Muxtarov və Çingiz Mustafayev ünvanında onlarla ev uçurulub, kvadratı 1500 manatla razılaşmayanlar çoxdur, Abid Şərifov isə qiymət dəyişməyəcək dedi; müğənni Eyyub Yaqubovdan da açıqlama gəldi.

Bakının “Sovetski” məhəlləsində iki küçədə köçhaköç və sökhaksök başlanıb. Məlumata görə, Murtuza Muxtarov və Çingiz Mustafayev küçələrində onlarla ev boşaldılıb, mülk sahibləri mənzilin kvadratına 1500 manatdan təzminat alaraq evlərini tərk etməkdədirlər.
Xəbərdə deyilir ki, qarşıdakı günlərdə bu iki ünvanda yerləşən evlərin bir çoxu söküləcək. Hazırda hansı ev sahibi çıxıbsa həmin mənzillər uçurulub. Bu məlumatı yerindəcə araşdırıb, “Sovetski” camaatından son vəziyyəti öyrənə bildik.

Məlum oldu ki, bu iki küçədəki söküntülər vətəndaşlar evlərini tərk edən kimi həyata keçirilib. M.Muxtarov və Ç.Mustafayev ünvanlarında tək-tük də olsa evlər uçurulub. Bu o adamlardır ki, mənzilin kvadratına 1500 manat kompensasiya ilə razılaşıblar.
Amma çoxluq hələ ki, hökumətin bu təklifi ilə barışmayıb. Bununla belə, sözügedən küçələrdə söküntünün miqyası getdikcə genişlənəcək. Küçə boyunca məhəllə adamları arasında bu məsələ ətrafında danışıqlar gedir. Görünən odur ki, insanlar köçüb getmək fikrindədirlər.

Onların sözlərinə görə, aşağı kvadratlı mənzil sahiblərinə güzəşt vəd edilsə də, elə bir nəticəsi olmadı. Məhəllədə keçirilən mitinqlərdəki tələblər yerinə yetirilmədi, baş nazirin müavini Abid Şərifovun verdiyi vədlər quru söz olaraq qaldı.

“Birlik olmadı. Camaatı aldatdılar. Hamıya vəd verdilər. Əvvəldən bilinirdi ki, yalan danışırlar, vaxt aparırlar. İndi də yaxşı variant tapıblar. Sovetskini başdan-başa sökmürlər. Qorxurlar ki, camaat ayağa qalxar. Ona görə də hissə-hissə, küçə-küçə sökürlər.

Ayda 20-30 ailə burden getsə, ilə gör nə qədər edir. Martdan bu yana camaata quru vədlər verdilər, axırda belə sakitlik yarandı. Bir qəpik də pul artırmadılar"-deyə M.Əliyev küçəsinin sakini Kamil Nərimanov deyir.

K.Nərimanovun qonşusu Fikrət Qasımov da söhbətə qoşularaq deyir ki, növbə ilə söküntü işləri davam edəcək. Həmsöhbətimiz sökülən evləri göstərərək danışır ki, bu hələ bütün camaatın razılaşması anlamına gəlməz:

“Kimisi fikirləşir xeyri yoxdur, pulumu alım çıxım. Amma camaatın əksəriyyəti gözləyir ki, görək hökumət nə qərar verəcək. Hələ Maliyyə Nazirliyi, Nazirlər Kabineti və Yasamal rayon icra hakimiyyəti kompensasiya məsələsinə yenidən baxır.

Əhali də təşkilat komitəsi adından təkliflər verib. Abid Şərifov da efirə çıxıb söz verdi ki, bir adamın razılığı olmadan heç bir ev sökülə bilməz. Yəni, zorakılıq edilməyəcək. Camaat da bundan sonra arxayınlaşıb oturdu.

Əvvəl bir həyəcan varıydı. Camaat elə bildi ki, bir ayın içində bütün məhəlləni sökəcəklər, çıxıb mitinq elədilər. Gördülər Abid müəllim deyir heç kəs evindən çıxarılmayacaq, hamı sakitləşdi. Bir yandan da səsini çıxaranı tuturdular. Qəzetlər də yazır ki, niyə Sovetski sakitləşdi?! Əşi nə edək çıxaq qışqıraq düzələcək? Onsuzda istədiklərini edirlər".
“Bakının ”Sovetski" məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmağa razılaşan 1600-dən çox əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Daşınmaz əmlak obyektlərində inventarlaşma işlərinin aparılması bir ay-ay yarıma başa çatacaq".
Bunu avqustun 18-də APA ttp://apa.az/-ya açıqlamasında baş nazirin müavini Abid Şərifov söyləyib.

A.Şərifov deyib ki, “Sovetski” məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələyə də inventarlaşma başa çatandan sonra baxılacaq: “Biz sahəsi kiçik olan evlərə toxunmuruq. İnventarlaşma prosesi başa çatandan sonra sahəsi kiçik olan evlərlə bağlı təklif hazırlanacaq. Eyni zamanda evinin sahəsindən asılı olmayaraq, köçmək istəməyənlərin evlərinə də toxunulmur. Kim istəyir, qalıb yaşaya bilər”.

Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparıldığını xatırladan A. Şərifov qiymət məsələsinə yenidən baxılmayacağını da vurğulayıb.

Əməkdar artist Eyyub Yaqubov da “Sovetski” adlanan əraziyə qoşulmuş mahnı oxuyub.
Müğənni-bəstəkar Elçin İmanovla birlikdə həmin nəğməyə video-çarx hazırlayan E.Yaqubov yeni ifasından bəhs edib:

“Sovetski"nin təmtəraqla sökülməsi ərəfəsində bu mahnını Allah Elçin qardaşımıza ilham etdi. Doğrudan da, bəstədə deyildiyi kimi, bu “Sovetski” “vid-fasonu” olsa da, “yevropeyski” ürəklərdə yaşayacaq. Eşq olsun, bütün köhnə “Sovetski” adamlarına". /musavat/
1045 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı