Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Əsgər dənizdə boğuldu

Ötən gün Azərbaycanda daha bir əsgər dünyasını dəyişib.

Hadisə axşam saat 20:10 radələrində Nabranda baş verib.

Belə ki, “Batabat” istirahət mərkəzi ərazisindəki çimərlikdə çimən 1996-cı il təvəlüldlü Əliağa Gəray oğlu Əliyev dənizdə çimərkən batıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Onun meyidi batdığı yerdən təxminən 3 kilometr aralıqda tapılıb.

Qeyd edək ki, Əliağa Əliyev Quba rayon sakinidir. O, Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edirdi. Qulluq etdiyi həqiqi hərbi xidmətdən 5 günlük məzuniyyətə gəlmişdi.

Fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən bölgə müxbirinə təsdiqlənib./ans/
1134 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00