Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Ferqüssona qoşun yeridildi

ABŞ-ın Ferqüsson şəhərində polisin 18 yaşlı Maykl Braunu güllələməsilə başlayan toqquşmalar davam etməkdədir.

Bu gecə polis insanları dağırtmaq üçün yenidən gözyaşardıcı qazdan istifadə edib.

Etirazçıları qızışdıran səbəblərdən biri də dünən Missuri ştatının qubernatoru Cey Niksonun şəhərdə fövqəladə vəziyyət tətbiq etmək barədə qərarı olub. Etirazlardan sonra qubernator Ferqüssonda komendant saatını ləğv edib və şəhərə Milli Qvardiyanın hissələri yeridilib.

Qeyd edək ki, istirahətini yarımçıq qoyaraq Ağ Evə qayıdan prezident Barak Obama şəhərdəki vəziyyəti şəxsi nəzarətində saxlayacağını bildirib.


933 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01