Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Qaçqın ailəsi 20 ildir bu sınıq-salxaq vaqonda yaşayır

Ağdam rayonundan məcburi köçkün olan Elyana Məmmədova artıq 20 ildən çoxdur ki, Qaradağ rayonu, Səngəçal qəsəbəsində uçulub dağılmaq təhlükəsilə üz-üzə qalan vaqonda yaşamağa məcbur olub.

Vaqona daxil olanda ilk baxışda burada yaşamağın mümkünsüz olduğu görünürdü. Qış aylarında ailənin vəziyyəti daha da dözülməz olur. Yağan qar, yağış hamısı evin içərisinə dolur. Yay aylarında isə vaqonda istidən nəfəs almaq mümkün olmur.

Dözülməz şəraitdə yaşayan ailə dəfələrlə mənzil verilməsi üçün müvafiq orqanların qapısını döysə də kömək əli uzadan qurum tapılmayıb. Baxımsızlıq onun 16 yaşında olan övladını da əlindən alıb. Digər övladı - 11 yaşlı Nurlan Məmmədovun ayaqları isə anadangəlmə fiziki qüsurludur. İmkansızlıq baxımından övladını müalicə etdirə bilmir. Onun xaricdə əməliyyat olunması üçün 5000 manat məbləğində pul lazımdır. İstənilən məbləği verməyə isə ananın imkanı yoxdur.

Həyat yoldaşından ayrı yaşayan Elyana xanımın indi bir istəyi bu günə qədər çəkdiyi əzabı unudub yeni mənzillə təmin olunmaq və övladını sağlam görməkdir.
Şikayətçi Elyana Məmmədovanın sözlərinə görə, elə vaxtlar olub ki, evdə yeməkləri də olmayıb: "Övladım xəstəlikdən məktəbə belə gedə bilməyib. İndi evə müəllim çağırmışıq. O, gəlib öyrədir. Ev pis gündədir”.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirdilər ki, həmin ailəyə yaxın günlərdə ev veriləcək. Odur ki, ailə bir az da səbr etsə, ev problemi arxada qalmış olacaq./ans/
1058 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15
"Nardaran işi"lə əl