Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Fələstinli qız İsrail polisinə insanlıq dərsi keçdi

Ceni Cahan adlı 10 yaşındakı fələstinli qız onu və yanındakı digər fələstinliləri Əqsa məscidinə daxil olmağa qoymayan İsrail polisinə sözləri ilə insanlıq dərsi keçib.

AzadXeber.net-in məlumatına görə, ibadət etmək üçün Əqsa məscidinə gələn fələstinlilərə İsrail əsgərləri mane olub. Bundan sonra 10 yaşlı Cahan İsrail polisinə vəziyyəti izah etməyə başlayıb. Əsgərlər onun sözlərini ciddi qəbul etmədikdə isə fələstinli qız acı həqiqətləri ingilis dilində polisə bir daha xatırladıb.

Polislərin biri "Siz terrorçusuz yəni, hər şeyi edə bilərsiniz. Bütün dünya sizə qarşı bizimlə birlikdədir. Bura bizim torpaqlarımızdır. Netanyahunun da bir gün öldüyünü görəcəksiniz" - deyən Cahanın sözlərindən çaş-baş qalıb. Digər polis isə dərhal kiçik qızı susdurmağa çalışıb.

"Kəs səsini, sənin anan haradadır?" - deyə, Cahanın üstünə qışqıran polisə Cahan "Artıq bəsdir. Torpaqlarımızı əsla tərk etməyəcəyik" sözləri ilə cavab verib.

"Bunlar kişidilər! Amma uşaqlara hətta qadınlara belə qulaq asmırlar. Onlar burada yaddırlar. Buradan işğalçılar gedəcəklər. Biz yox" deyən Ceni Cahan bütün səylərinə baxmayaraq Əqsa məscidinə girə bilməyib. Amma etdiyi çıxışla fələstinli uşaqların sahib olduqları mübarizə ruhunu bir daha bütün dünyaya göstərib.
989 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41