Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

“İslam dövləti” yezidi qadınlarını qul kimi satır

İraqın şimalında yezidilərin kompakt yaşadığı bölgələrə hücum edən “İslam dövləti” terrorçuları nəzarətdə saxladıqları ərazilərdə girov götürdükləri yezidi və xristian qadınlarını hərraca çıxarır.

Artıq bunun üçün Mosul şəhərində bir neçə “qul bazarı”nın yaradıldığı bildirilir. Ərləri öldürülən yezidi qadınların terrorçular tərəfindən dəfələrlə zorlandığı və yalnız bundan sonra hərraca çıxarıldığı da bildirilir. Kürdüstan parlamentinin qadın komitəsinin rəhbəri Evar İbrahim girov qadınların “17-26 dollar arasında qiymətə qul satıldığını” iddia edir. Kürdüstan xəbər agentliklərindən birinə girovluqdan zəng edə bilən yezidi qadın özünün və 200 həmcinsinin Şanqala şəhərində girov götürülərək Mosula gətirlidiyin bildirib.

Terrorçular hər gün həbsxanaya gələrək ən gözəl qızları öz əmirləri üçün seçir. Gündə 3-4 dəfə gəlirlər. Ən gözəl hesab etdikləri qızları seçib aparırlar. Onların çoxu göz yaşı içində geri qayıdır. Bir neçəsi intihar edib. Bizə yardım edin”, - adı təhlükəsizlik məqsədi ilə açıqlanmayan yezidi qadınlardan biri deyib. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, girovlarım çoxu avqustun əvvəllərində terrorçuların Şanqal bölgəsinə qəfil hücmu zamanı ələ keçirilib. O zaman terrorçular yezidi kəndlərinin kişi sakinlərini edam edib və 500 qadını özləri ilə girov aparıblar. Həmin qadınların qul bazarlarında hərraca çıxarıldığını sübut edən şəkil də sosial şəbəkələrdə yayılıb.


650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33
Heç ut