Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

İtkin qız tapıldı: ana və bacısının intiharından sonra

Bakıda qızı ilə birlikdə intihar edən ananın itkin düşən digər qızı tapılıb.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, Aytən Fərzəliyeva bir neçə gün əvvəl tapılaraq ailəsinə təhvil verilib. Onun harada olması və hadisənin detalları hələlik açıqlanmır.

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva özlərini yaşadıqları binanın 9-cu mərtəbəsindən ataraq intihar ediblər. İki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri davam etdirilir./apa/
1020 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP