Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

İŞİD-in tərkibində döyüşən azərbaycanlı öldürüldü

Suriyada daha bir azərbaycanlı terrorçu öldürülüb.

Öldürülən azərbaycanlı “İslam Dövləti” silahlı terrorçuların tərkibində vuruşan Masallı rayonu Ərkivan kənd sakini Mustafayev Ramil Davud oğludur.

O, bir neçə gün əvvəl Zərdab rayon sakini Ramiz Ağasəf oğlu Abdullayevlə birgə öldürülüb.

Xatırladaq ki, iki gün əvvəl R. Abdullayevin Suriyada öldürülməsi barədə məlumat verilmişdi.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib.

Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/
1166 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02