Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Luqanskda qanlı döyüşlər gedir

Rusiyayönlülərin nəzarətində olan Ukraynanın Luqansk şəhərində döyüş gedir. Atışmalar nəticəsində ən az 15 nəfər həlak olub.

Ukrayna Milli Еəhlükəsizlik Şurasının spikeri Andrey Lısenko 15 nəfərin cəsədinin küçələrdən götürüldüyünü və döyüşlərin davam etdiyini açıqlayıb.

"Hadisə yerində olan hərbçilərimiz həlak olanlar arasında çox sayda uşaqların və qadınların olduğunu bildirirlər. Onların cəsədləri tanınmaz hala düşənədək yandırılıb. Cəsədlərin çoxu partlayışların nəticəsində parçalanıb." - deyə o, əlavə edib.

Ukrayna daxili işlər nazirinin müşaviri Zoran Şkiryak Luqansk şəhərində xüsusi əməliyyatın davam etdiyini açıqlayıb: "İtkilərimiz olsa da döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölməsinin, Milli Qvardiyanın və DİN-in manevr qrupları iləetirazçılar arasında küçə döyüşləri gedir."
849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24