Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2014

Mişel Braun öldürülməsi amerikalıları yenidən ayağa qaldırdı

ABŞ-ın Ferguson qəsəbəsində polisin Mişel Braun (Michael Brown) adlı afroamerikan gəncin öldürülməsinə etiraz edən sakinlər arasında yenidən iğtişaşlar başlayıb.

Ötən gecə polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sakinlər əsas yolu boşaltmaqdan imtina edib və polisə şüşə qablar atılıb.

İğtişaşlar bazar ertəsi Missuri qubernatorunun komendant saatını ləğv etməsi və şəhərə Milli Qvardiyanın yeridilməsi xəbərindən sonra başlayıb.

Prezident Barack Obama hərbçilərin hərəkətlərinin nəzarət altında olduğunu qeyd edib və şəhərə baş prokuroru göndərib.
Ferguson qəsəbəsində yerli polislə etirazçılar arasında toqquşmalar 1 həftədın çoxdur davam edir.
Toqquşmalara səbəb Klikləyin avqustun 9-da Michael Brown adlı 18 yaşlı qaradərili yeniyetmənin küçədə polis nəfəri tərəfindən güllələnməsi olmuşdu.

New York Times qəzetinin yazdığına görə, ilkin tibbi müayinə nəticəsində yeniyetməyə azı 6 güllə vurulduğu aşkar edilib, o cümlədən 2 güllənin yeniyetmənin baş nahiyəsinə dəydiyi qeyd olunub.

18 yaşlı yeniyetmə on gün öncə hüquq-mühafizə orqanları tərəfindən odlu silahla öldürülüb.
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu