Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

"Bir hacı Tale həbs olunanda onun yerini 10 hacı Tale tutur”

" Bu davam edəcək, qiyamətə qədər"

Xəbər verdiyimiz kimi, Sabunçu rayon məhkəməsinin hökmü ilə ruhani hacı Tale Bağırov narkotik ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edildi.
Bununla bağlı Cəlilabadda yerləşən "Sahibəz-Zəman" məscidnin axundu hacı Ramin Əliyevin İslamazeri.az İnternet Qəzetinə münasibət bildirib. 
Hacı Ramin Əliyev deyib ki, "Mehriban və Bağışlayan Allahın adı ilə. Allah Qurani-Kərimdə buyurur ki,“Allahın kəlməsi ən ucadır.”  (Tövbə 40) Kəlmə sözünün mənası cərrahhiyyə əməliyyatı deməkdir, yəni yarmaq deməkdir. Zülməti yarıb, fəsadın kökün kəsmək. Hacı Tale qardaşımız həqiqətən də Allahın kəliməsidir. 
Allah Quranda buyrur ki, “Biz Firona Ayətəl-Kubranı göstərdik. O yenə inkar etdi.”  (Taha 22-23) Bəzi təfsir alimləri bildirir ki, “Ayətəl Kubra” Musa (ə) peyğəmbər idi. Bu gün hacı Tale qardaşımız həm də Ayətəl-Kubradı. O istəyir ki, əməlləriylə Allahın kəlamı olub insanları hidayət etsin. Bunlar istəyirlər ki, Allahın nurun söndürsünlər. Amma Allah Quranda deyir ki, “Kafirlər istəməsə də Allah öz nurunu tamamlayacaq.”  (Tövbə 32)
Bunlar, əvvəl hacı Mövsüm qardaşımızı, daha sonra hacı Abgül qardaşımızı tutdular, hacı Tale qardaşımızı tutdular. Guya İslam dininə Azərbaycanda son qoymaq istəyirlər. Bəzən bizə deyirlər siz də danışmayın, sizi də tutarlar. Mənim də cavabım budur ki, Həbib Nəccarın gözü qarşısında 3 Allahın elçisin inkar edirlər, 3 peyğəmbəri qəbul etmirlər. O, təbii ki, onun özünü də qəbul etməyəcəklərini bilirdi. Amma yenə də vəzifəsinə əməl edərək öz sözünü dedi. Həqiqətən də onlar başa düşməlidirlər ki, bir hacı Tale həbs olunanda onun yerin 10 hacı Tale tutur. Bu davam edəcək, qiyamətə qədər. 
Zahirən bəziləri elə görür ki, hacı Tale qardaşımızı tutmaqla ona nəsə olur. Hacı Tale qardaşımızın var-dövləti, hər şeyi onun ruhundadır. Qiyamətdə də öz var-dövləti olan ruhu ilə gələcək. Amma onu həbs edənlərin var dövləti dünyada qalacaq, axirətə heç bir şeyləri olmadan gedəcəklər. 
Düşünürlər ki, onların bu addımı inanclıları qorxudacaq. Ancaq onlara tövsiyə edərdim ki, Yusif (ə) peyğəmbərin həyatına baxsınlar. Allah Yusif (ə) peyğəmbəri zindandan çıxardı, rəhbər etdi və ona qarşı çıxanları onun qarşısında diz çökdürdü. 
Hacı Tale qardaşımızı, hacı Abgül qardaşımızı, hacı Mövsüm qardaşımızı, hacı Fəramiz qardaşımızı və digər qardaşlarımızı həqiqətən də gələcəkdə və bu gün lider kimi qəbul edirik. Zaman gələcək onlar hacı Tale qardaşımızın qarşısında diz çökəcəklər. Allah özüdə Quranda buyurur ki, “Biz zalımlardan intiqam alacağıq.”  (Səcdə 22) Bizim intiqam alanımız Allahdır. 
Allah başqa bir Quran ayəsində buyurur ki, “Siz onlarla vuruşun ki, Biz sizin əlinizlə onları cəzalandıraq.” 
Kimisə tutmaqla bizi qorxutmaq qeyri-mümkündür. Bunların keçirdiyi iyrənc məhkəmədən doğrudan da çox pis iy gəlir. Allah zaman gələcək onları rüsvay edəcək. Allah Quranda buyurur ki, “zalımları bu dünyada rüsvayçılıq, axirətdə isə şiddətli əzab gözləyir.”  (Bəqərə 114)
2055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı