Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

Obama və Putin Türkiyəyə dəvət olundu

Türkiyə prezidenti Ərdoğanın 28 avqustda reallaşdırılacaq and içmə mərasiminə, əvvəlkilərdən fərqli olaraq xarici dövlət başçıları da dəvət edildi.

Qonaqlar arasında iştirak edən ABŞ prezidenti Obama və Rus lider Putinin mərasimə nümayəndələrini göndərmələri gözlənilir.

Türkiyə KİV bildirir ki, Ərdoğanın xalq tərəfindən seçilmiş ilk prezidenti olması səbəbiylə TBBM-də baş tutacaq andiçmə mərasimi bir çox '' ilk''lərə səhnə olacaq.

Daha əvvəl prezidentləri məclis tərəfindən seçildiyi üçün andiçmə mərasimi də Türkiyə məclisinin bir fəaliyyəti olaraq tamamlanırdı. Ərdoğanın and mərasimi üçün isə əvvəlkilərdən fərqli olacaq.

Mərasimə xarici dövlət başçıları da qatılacaq. And içmə mərasimi üçün ABŞ prezidenti Barak Obama, Rusiya Dövlət Başçısı Vladimir Putin başda olmaq üzrə dünya liderlərinə dəvətnamə göndərilib. Obama və Putinin öz növbəsində nümayəndələrinin göndərməsi gözlənilir.

And mərasiminə Türk respublikalarından və başda Qatar olmaq üzrə Körfəz ölkələrindən də dövlət başçısı səviyyəsində iştirak olacaq./ans/
1041 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber