Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

Rusiyadan şok: “Dnesteryanı bizim olacaq”

“Dnesteryanı Rusiya Federasiyasının subyekti olacaq”.

Ukrayna mətbuatı xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidentinin Krım və Sevastopoldakı nümayəndəsi Oleq Belavençev çıxış edib.

O iştirak etdiyi Tavrida Beynəlxalq Gənclik Forumunda Natalya adında iştirakçı qızın “Dnesteryanının Rusiya qatılacağı deyilir” sualını cavablandırarkən bu prosesin gec-tez reallaşacağını bildirib:

“İnanın, biz sizin situasiyanı bölüşürük və sizi başa düşürük. Mən əminəm ki, sonda siz Rusiyanın olacaqsınız. Əminəm. Biz deyə bilmərik ki, bu, indi baş verəcək. Bu, sadəcə, zaman məsələsidir”.

Qeyd edək ki, bir müddət öncə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiyanın əsas məqsədinin Ukraynanın cənub vilayətləri vasitəsilə Dnesteryanı arasında koridor yaratmaq olduğunu bildirmişdi.
1059 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber