Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

"İŞİD" amerikalı jurnalisti edam etdi

“İslam Dövləti” terrorçuları Suriyada girov götürülən amerikalı jurnalistin edam səhnəsini əks etdirən videoçarxı internetdə yayıblar

“Röyters”in verdiyi xəbərə görə, bir çox sosial şəbəkələrdə bu video “Amerika üçün məktub” adı altında yerləşdirilib.

Qeyd edək ki, 40 yaşlı jurnalist Suriyada 2012-ci ilin noyabrın 22-də itkin düşüb.

Terrorçular, həmçinin, daha bir amerikalı jurnalistin edam ediləcəyini vəd ediblər.

“Daha bir amerikalının həyatı indi Obamanın addımlarından asılıdır”, deyə videoçarxdakı terrorçulardan biri deyib.

Onun sözlərinə görə, girovluqda saxlanılan bu amerikalı TIME magazine dərgisinin müxbiri Stiven Sotloffdur.
915 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:23