Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

Özünü yandıran Qarabağ qazisi ilə bağlı pis xəbər

Bu yaxınlarda Bakının mərkəzində özünü yandıran Qarabağ müharibəsi əlili Elçin Salahovun həyat yoldaşı Jalə Salahovanın vəziyyəti kritikdir. Həkim onun yaşama şansının az olduğunu deyib.

Bunu Respublika Yanıq Mərkəzinin həkimi Şöhrət Məmmədov deyib.

Jalə Salahovanın vəziyyəti çox ağır olduğunu deyən həkim bildirib ki, Salahovanın aşağı ətraf orqanları demək olar ki, tamamilə yanıb. Onun sağ qalmaq ehtimalı çox aşağıdır.

Şöhrət Məmmədovun sözlərinə görə, Elçin Salahovun vəziyyəti isə yaxşılığa doğru gedir. "Elçin artıq gəzməyə də başlayıb", - deyə həkim bildirdi.

Qeyd edək ki, Qarabağ qazisi Elçin Salahov və onun həyat yoldaşı Jalə Salahova evləri əllərindən alındığına görə, avqustun 13-də Bakının mərkəzində özlərini yandırmışdılar./ans/
847 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38
Rusiya BMT TŞ-də