Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

Peterburqda özbək miqrantı doğradılar

Miqrant aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerində dünyasını dəyişib

Peterburqun hüquq-mühafizə orqanları Orta Asiyadan olan mühacirinin qətlini araşdırır. Özbəkistandan olan miqrantın cəsədi noyabrın 4-də günün ikinci yarısı «Rıbaçkoe» metro stansiyasının yaxınlığından aşkarlanıb.

Onu naməlum şəxslərin bıçaqladığı bildirilib. Özbəkistanlı kişi aldığı yaradan hadisə yerində keçinib.

Hüquq-mühafizə orqanları hazırda ərazidə olan kameranın qeydlərini araşdırır. Qətlin milli-etnik zəmində baş verdiyi ehtimal olunur. Kadrlardan zərbələr vuranların nasistlərə məxsus geyimdə olduqları görünür.
2071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP