Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

Suriyada 200-dən çox silahlı məhv edilib

Suriya ordusu "İslam Dövləti" (İŞİD) terror təşkilatı silahlılarının ölkənin Rəqqa əyalətinin Fərat bəndi önündəki Tabka şəhəri yaxınlığında yerləşən hərbi aerodroma təşkil etdikləri hücumların qarşısını alıb.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, daxil olan məlumatlarda hava limanına girişdə 200-dən çox silahlının məhv edildiyi bildirilir.

Silahlılara zərbə vurmaq üçün qırıcı təyyarələr və hökumət qüvvələrinin bu şimal əyalətindəki son istinadgahı olan aerodrom ətrafında yerləşdirilmiş artilleriya batareyalarından istifadə olunub.

Hücumda iştirak etmək üçün Tabkaya ekstremistlər tərəfindən təxminən üç min silahlı göndərilib.

Obyekti qoruyan hərbçilər kamikadzelərin içərisində mina yerəşdirilmiş avtomobili Hərbi-Hava Qüvvələri bazasına giriş önündə yerləşən blokposta çatana qədər onu zərərsizləşdirə biliblər. Avtomobil hərbi obyektdən iki kilometr məsafədə artilleriya atəşi ilə məhv edilib.

"Rəqib nəzərəçarpacaq itkilər verib; onlarla muzdlu öldürülüb və yaralanıb.", - Suriyanın hərbi mənbəsi bildirib.
1002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17