Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

Sabirabad polisində ölüm

«Bizdən işi bağlamaq üçün 1500 manat istədilər, mən o pulu tapa bilmədim»

Yol hərəkəti qaydalarını pozma ittihamı ilə Sabirabad rayon polis şöbəsinə aparılan 61 yaşlı Məhərrəm Abbasov vəfat edib. Daxili Işlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun AzadlıqRadiosuna verdiyi məlumata görə, hadisə avqustun 15-də baş verib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin ?yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma?ğa görə təqsirləndirilən şəxs qismində polis şöbəsinin müvəqqəti saxlanma yerində olan Məhərrəm Abbasovun səhhəti birdən-birə pisləşib.

“Kəskin ürək ağrıları ilə mərkəzi xəstəxanaya aparılan Məhərrəm Abbasov infarktdan dünyasını dəyişib. Bu, hər hansı təzyiq filan deyil, sadəcə əcəldir”, - deyə rəis müavini bildirib.

61 yaşlı taksi sürücüsü Məhərrəm Abbasovun oğlu Asif Abbasov isə hadisə ilə bağlı AzadlıqRadiosuna bunları deyib: “Atam iyunun 13-də bir hamilə qadını sifariş verdiyi ünvana aparanda onun qarşısına qəfil bir maşın çıxıb. Sürətlə hərəkət edən maşının pəncərəsindən əlində bıçaq olan bir nəfər sallaşıbmış. Deyəsən o, maşında qız qaçırırmışlar, ya nə isə başqa bir hadisə olubmuş. Əlində bıçaq olan adam da onların qarşısını almaq istəyirmiş. Atam da öz yolu ilə gedirmiş. Həmin maşın sürətlə atamın maşınına çırpılıb. Atamın maşınında olan hamilə qadın elə hadisə yerində vəfat edib. Maşının pəncərəsindən sallanan adam da Şirvan xəstəxanasında öldü. Atam da o vaxtdan müalicə olunurdu. Avqustun 12-də atamı apardılar məhkəməyə, qısa vaxtda barəsində 3 aylıq həbs qərarı verdilər. O hadisədə atam yox, başqa kim olsaydı qəzadan qaça bilməzdi”.

Asif Abbasovun dediyinə görə, avqustun 15-də atasını Bakıya, Kürdəxanıya göndərəcəkmişlər: “Biz ona hazırlaşırdıq. Evdə idim, zəng gəldi, dedilər, tez gəl xəstəxanaya. Bildim ki, atamla bağlı nə isə baş verib, getdim ki, artıq iş-işdən keçib”.

Asif Abbasov iddia edir ki, atasından 1500 manat istəyiblər, o pulu verə bilmədikləri üçün onu məhkəməyə aparıblar: “Həmin avtomobil qəzasında atamın günahı olmaya-olmaya onu həbs elədilər. Bizdən işi bağlamaq üçün 1500 manat istədilər, mən o pulu tapa bilmədim. Yayda qış şalvarı ilə gəzirəm, mən o pulu haradan tapaydım. Belə çıxırdı ki, biz kiminsə qanını bağlamalı idik”.

Sabirabad rayon mərkəzi xəstəxanasından Məhərrəm Abbasovun infarkdan öldüyünü bildiriblər. Xəstəxanadan AzadlıqRadiosuna deyiblər ki, həmin şəxsin səhhətinin pisləşməsi ilə bağlı təcili yardıma müraciət avqustun 15-də günorta saatlarında olub. “Elə polis şöbəsində ilkin tibbi yardım göstərilib, onun infarkt keçirdiyi aydın olub. Daha sonra xəstəxanaya gətirildi. Biz əlimizdən gələni etdik, müsbət dəyişiklik olmadı, saat 14:30-da keçindi. Həmin şəxs Ilham Isgəndərov küçəsi, bina 5, mənzil 33-də qeydiyyatda olub”.

Xəstəxanaya gətirilən səxsin üzərində zorakılıq əlamətlərinin olub-olmamasına gəlincə, xəstəxanadan belə bir əlamətin olmadığını deyiblər. Məhərrəm Abbasov avqustun 12-dən rayon polis şöbəsinin müvəqqəti saxlanma yerində saxlanırmış.
1114 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı