Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

Erməni və rus əsgərlərin işgəncələrinə məruz qalan xocalılı imdad istəyir...

Nərgiz Quliyeva: "Yoldaşım 20 Yanvar hadisəsindən 20 gün sonra bu vəziyyətə salınıb..."

"Həyat yoldaşım Yelmar Türbəndiyev Bexterev xəstəliyindən əziyyət çəkir. Onu bu hala 20 Yanvar hadisələri zamanı rus əsgərləri qoyub. O vaxtdan indiyədək müalicəsi üçün müraciət etmədiyimiz yer qalmayıb. Ancaq heç kim yardım etmir. Mənim bir övladım da imkansızlıq ucbatından vəfat etdi”.
Bu sözləri Xocalıdan məcburi köçkün olan, Bərdə rayonunda müvəqqəti məskunlaşmış Nərgiz Quliyeva redaksiyamızda olarkən deyib. Şikayətçi həyat yoldaşının çox ağır vəziyyətdə olduğunu, aidiyyəti qurumların onlara kömək etmədiyini söylədi: “Yelmar 20 Yanvar hadisəsindən 20 gün sonra bu vəziyyətə salınıb. O vaxt rus əsgərləri guya bizə nəzarət edirdilər. Onlar Azərbaycan xalqını təhqir edən zaman Yelmar həmin rus əsgərlərindən birini itələmişdi. İtələdiyi rus əsgəri də digər əsgərlərlə birlikdə həyat yoldaşımı tanka qoyub Əsgəran rayonuna aparmışdılar. Orada bir ay erməni-rusların işgəncələrinə məruz qalıb.
Yelmarın atası komendanta yalvardı ki, mənim balamı gətirin. Dəfələrlə müraciət etdikdən sonra Yelmarı gətirdilər. O, gələndə çox pis vəziyyətdə idi. Kaş o vaxt öləydi, amma aidiyyəti məmurların laqeydliyi ucbatından bu vəziyyətə düşməyəydi. Onun kürəyinə o qədər vurmuşdular ki, artıq ayağa qalxmağa çətinlik çəkirdi”.
Şikayətçi həyat yoldaşının həm də müharibə veteranı olduğunu bildirdi: “Yoldaşım bu dəhşətli ağrılardan sonra yana doğru əyildi. Rayon xəstəxanasında imkanımız olmadığından müalicə etdirə bilmədik. Mən müəllim işləyirəm. Məktəbdə tənəffüs vaxtı evə qaçıb Yelmara iynə vurub qayıdıram. Həyat yoldaşım əzab çəkir. Ona dərman lazımdır. Bütün qaynar xətlərə müraciət etmişəm”.
Bütün bunları danışarkən çarəsizlikdən göz yaşlarını saxlaya bilməyən N.Quliyeva bir övladının da imkansızlığın qurbanı olduğunu və vəfat etdiyini dedi:
“O biri övladıma məktəbə getməsi üçün yol pulu verə bilmirik. Çünki yoxdur. Biz demirik ki, mənim yoldaşım əvvəlki sağlamlığına qovuşsun, 15 yaşındakı kimi dimdik olsun. Heç olmasa bir kurs müalicə alsın, bir az rahat olsun. Qəzetiniz vasitəsi ilə aidiyyəti qurumlardan xahiş edirəm ki, yoldaşımın müalicəsinə kömək etsinlər”./Müsavat/
1109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44