Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

ABŞ-da yeni polis-vətəndaş qarşıdurması

Ağdərili polis zabitinin qaradərili silahsız gənci güllə ilə vuraraq öldürməsi ilə bağlı gərginlik davam etdiyi bir vaxt ABŞ Missuri ştatının Ferquson şəhərində nümayişçilərlər polis arasında dünən gecə yeni qarşıdurma baş qaldırıb.

Ferquson küçələrinə toplaşan dinc etirazçıların daha sonra nümayişi xaosa çevişməsinə müdaxilə edən iğtişaş polisi səksəndirici şaşkalar və gözyaşardıcı qazdan istifadə edib. Güclü silahlanmış hərbi qüvvələrin üzərinə "Molotov kokteylləri" atılıb.

Polis kapitanı Ron Conson jurnalistlərə deyib ki, bu gün səhər polis güclü hücuma məruz qalsa da, atəş açmayıb. Onun sözlərinə görə, iki nəfər etirazçı kütlənin içərisində açılmış atəş nəticəsində yaralanıb. Etirazçılar polisin dağılışmaq tələbinə məhəl qoymayıb və Conson deyib ki, 31 nəfər saxlanıb.

O bildirib ki, nümayişçilərin çoxu dinc şəkildə etirazlarını bildirsə də, kiçik bir qrup nümayişlərin zorakı hal almasına səbəb olub. Polis zabitinin sözlərinə görə, rəsmilər xənayətkarların Ferquson icmasının yönəltməsinə imkan verməyəcək.

Dünən polis zorakılığı “qəsdən törədilmiş cinayət aktı adlandırıb” və onların əmlaka ziyan vurmaq, insanlara xəsarət yetirmək və ixtişaş yaratmaq məqsədi daşıdığını bildirib.

Nümayişçilər polis gözyaşardıcı qazdan istifadə etməyənədək hər hansısa zorakılığın törədildiyini inkar edir.

Zorakılıqlardan bir neçə saat sonra komendant saatı tətbiq edilib./amerikanınsəsi/
1122 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:24
ABŞ-