Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2013

Ordu içindəki “ləzgi mafiyası” özünə yeni lider seçdi

Mənbəmizin iddiasına görə, nazirlərin Əbiyevin oğlunun toyunda iştirak etməsi xüsusi tapşırıq olub. Belə ki, əbiyevçilərin narazılığını yatızdırmaq istəyən hakimiyyət bu yolla sabiq nazirin “vurulmadığını”, yenə də Hakim Komandada təmsil oluna biləcəyi mesajını vermək istəyib.

Səfər Əbiyevin istefaya göndərilməsindən sonra Müdafiə Nazirliyi daxilində ciddi təlatüm başladı. Buna səbəb illərdən bəri təşkilatlanan “ləzgi mafiyası”nın (Bu şərti addır və qrup üzvlərinin əksəriyyətinin ləzgi əsilli olmasına görə verilib) lidersiz qalması idi. 20 il içərisində qurulan səltənəti itirmək təhlükəsi ilə üz-üzə qalan qrup yenidən toparlanmağa başlayıb.

Azerinfoya daxil olan məlumata görə, ordu daxilindəki bu qrup bu günlərdə Bakıdan kənarda yerləşən bağ evlərinin birində toplaşaraq, yeni dönəm planlarını müzakirə ediblər.

Yeni dönəmdə Silahlı Qüvvələr Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıkovu özlərinə lider seçən qrupun əsas məqsədi Əbiyev dönəmində qazanılan mövqelərinin itirilməməsi olub. Bu yöndə müxtəlif planlar müzakirə edən qrup Sadıkovu Zakir Həsənova qarşı gücləndirmək üzərində dayanıb. Bu günlərdə gündəmə gətirilən “Silahlı Qüvvələr Baş Qərargah rəisinin səlahiyyətlərinin gücləndirilməsi” də bu planın tərkib hissəsidir.

Bu barədə məlumat verən mənbə bildirir ki, Əbiyevin komandası bundan sonra mövqelərini itirməmək, habelə Rövşən Əkbərov kimi türkəsilli generalların söz sahibi olmamaları üçün sabotaja belə əl ata bilərlər. Son günlər ordu ilə bağlı qayğılı xəbərlərin artmasını da bu “mafiya”nın prezidentin məlum sərəncamına adekvat reaksiyası kimi qiymətləndirənlər az deyil.

Mənbəmizin iddiasına görə, nazirlərin Əbiyevin oğlunun toyunda iştirak etməsi xüsusi tapşırıq olub. Belə ki, əbiyevçilərin narazılığını yatışdırmaq istəyən hakimiyyət bu yolla sabiq nazirin “vurulmadığını”, yenə də Hakim Komandada təmsil oluna biləcəyi mesajını vermək istəyib.
2146 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı