Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

İŞİD və əl-Qaidənin İslama aidiyyəti yoxdur

Ərəbistan müftisi: İŞİD və əl-Qaidənin İslama aidiyyəti yoxdur

Səudiyyə Ərəbistanının rəsmi “VAS” İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz ibn Abdullah ibn Məhəmməd Aləş-şeyx İŞİD-in fəaliyyətə başlamasından iki il sonra, “tələm-tələsik” fətva verib: “Əl-Qaidə və İŞİD kimi təkfirçi və ifratçı qruplaşmaların İslama heç bir aidiyyatı yoxdur.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Əbdüləziz Aləş-Şeyxin öz ölkəsi dünyaya, xüsusilə də Suriyaya ən böyük terrorçu ixrac edən ölkə olmaqda ittiham olunur.
Onun bu mövqeyi İŞİD təkfirçi və terrorçu qruplaşmasının Suriya və İraqda “Allah yolunda cihad” adı və “Əllahu əkbər” şüarı altında müxtəlif cinayətlər törətməsindən iki il sonra baş verir.
Ərəbistan müftisi deyib: İŞİD və əl-Qaidə İslam düşmənləridirlər. Çünki İslam onların hərəkətlərindən zərər görür. Bu şəxslər hamıdan öncə İslamdan çıxmış xəvaricin ardıcıllarıdırlar.
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
0