Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2014

Sionistlərin Qəzzəyə yeni hücumu cavabsız qalmadı

Tel-Əviv və Ben Gurion aeroportu müqavimət qüvvələri tərəfindən hədəfə alınıb.

Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, sionistlərin bu gecə Qəzzə zolağına etdiyi hücum nəticəsində 3 nəfər şəhid olmuş və 45 nəfər yaralanmışdır. Müqavimət qüvvələri bu hücuma cavab olaraq, işğal edilmiş Fələstin torpaqlarının müxtəlif məntəqələrini, o cümlədən Tel-Əviv və Beytül-Müqəddəsi raket atəşinə tutmuşlar.
Bu son bir neçə saatdakı sionist hücumlarına cavabdır.
İsrail mediasının xəbərinə görə, işal edilmiş Qüds şəhərində həyəcan siqnalları səslənib.
Fələstinin əl-Əqsa telekanalı xəbər verib ki, müqavimət qüvvələri Tel-Əvivi M-75 və Fəcr-5 raketlərilə bombalayıblar.
Tel-Əvivə azı 8 raket atılıb. Məlumata görə, müqavimətin raketləri “dəmir günbəz” RƏM sistemindən keçərək Tel-Əviv şəhərini hədəfə ala bilib.
Digər tərəfdən müqavimət qüvvələri Ben Gurion aeroportunu J-80 raketlərilə vurduqlarını elan edib.
1183 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber